Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:33

Narkotikə görə tutulanların çoxu işsizdir


Narkotik

Bu ilin 6 ayında narkotiklərlə bağlı hüquq-mühafizə orqanları 2553 fakt aşkar ediblər.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında bildirilir.

Onlardan 707-si satış, 1675-i saxlama, 141-i narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərlər hallarla bağlıdır.

Sənəddə vurğulanır ki, aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və o cümlədən, 25 min 701 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Hesabata görə, bir sıra nazirlik və xidmətlərin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.

Sənəddə vurğulanır ki, bu məsələ ilə bağlı 1687 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5 nəfər 16-18 yaş arasında, 130 nəfər 18-25 yaşda, 253 nəfər 26-29 yaşda, 1299 nəfər isə 30 yaşdan yuxarı olub.

Hesabatda yazılıb ki, məsuliyyətə cəlb olunanlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvəllər cinayət törətmiş, 5-i də əvvəllər xüsusi qeydiyyatda olan şəxslərdir. 1141 nəfir isə işsiz olub.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 2018-ci il dekabrın 31-nə 31432 nəfər qeydiyyatda olub. Onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Ekspertlərin fikrincə isə, ölkədə reallıqda narkomanların sayı daha çoxdur.

Xatırlatma

Son illər ölkədə narkotiklə bağlı cinayətlərin sayının artdığı bildirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il bütünlükdə narkotiklərlə əlaqədar 2965 (+238) cinayət faktı müəyyən edilib. Son bir ildə 238 belə cinayət faktının artdığı qeyd edilirdi. Son hesabatlarda isə bu sahədə artım prosesinin davam etdiyi öz əksini tapır.

Günün bütün mövzuları

XS
SM
MD
LG