Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:35

Azərbaycan sərhədçisi yaralanıb


Sərhəd

Dövlət Sərhəd Xidməti ( DSX) bu gün, iyulun 18-də Ermənistanla sərhəddə atəşkəsin pozulması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 18-i saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu ölkənin Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimini pozublar. DSX qeyd edir ki, Qazax rayonunda sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Məlumatda habelə vurğulanır ki, hadisə zamanı Sərhəd Qoşunlarının «Qazax» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb. «Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təhlükə yoxdur», - açıqlamada yazılıb.

Məlumatda o da bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hadisə yerində olub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG