Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:04

'Qarabağ'a qələbə lazımdır


Top

Ağdamın «Qarabağ» futbol klubu bu gün, iyulun 17-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda «Dalğa Arena»da Albaniya çempionu «Partizani» klubunu qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq.

Bir həftə əvvəl Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb. Bu üzdən istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq. «Qarabağ»a isə növbəti mərhələyə adlamaqdan ötrü qələbə lazımdır.

Oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

Azərbaycan çempionu «Qarabağ» «Partizani» səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində «Dundalk» (İrlandiya) – «Riqa» (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdam təmsilçiləri məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın «Şerif» klubu ilə üz-üzə gələcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG