Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 17:04

Nazir dəbdəbəli şam yeməklərinə görə istefa verməli oldu


Fransanın keçmiş ekologiya naziri François de Rugy

Fransanın ekelogiya naziri François de Rugy dəbdəbəli şam yeməklərinə görə istefa verməli olub.

Artıq bir həftədən çox idi ki, bu məsələ ətrafında qalmaqal yaranmışdı.

Mediapart.fr saytının yazdığına görə, nazir rəsmi qonqlıqlarda bahalı şam yeməklərinə böyük məbləğdə vəsaitlər sərf edirmiş.

Onun təşkil etdiyi qonaqlıqlarda menyuda nadir dəniz məhsulllarından olan lobsterlər və ən bahalı fransız şərabları da olirmuş.

Amma bu cür görüşləri müdafiə edən François de Rugy, bunu “vətəndaş cəmiyyəti ilə görüş” adlandırır və medianın qurbanı olduğunu təkid edir.

Onun bədxərcliyinə ilk olaraq Mediapart nəşri diqqət yetiririr.

Rugy həmin vaxt Fransa parlamentininsədri imiş.

İddialara görə, banketlərin əksəriyyəti Parisdə keçirilirmiş və onları siyasətçinin jurnalist olan həyat yoldaşı təşkil edirmiş.

Mətbuatın yazdığına görə, həmin ziyafətlərdə süzülən bəzi şərabların şüşəsi 500 avroya imiş.

Bundan başqa süfrələrə böyük lobsterlər düzülürmüş ki, bu ekoloq fəalların etirazına səbəb olub.

Sonradansa məlum olub ki, nazir yaşadığı xidməti mənzilin təmirinə büdcədən 63 min avro xərcləyib.

Bundan başqa siyasətşi Fransanın qərbindəki Nant şəhərində sərfəli şərtlərlə hökumətə məxsus mənzil kirayələyibmiş.

Bunu diffamasiya hesab edən François de Rugy nəşri məhkəməyə vermək fikrindədir.

Mediapart isə öz növbəsində bildirib ki, dərc edilmiş məlumatlar ictimai əhəmiyyətlidir və siyasətçilərin fəaliyyəti, gəlirləri və bu cür münaqişəli məqamları cəmiyyət tərəfindən yoxlanmalıdır.

XS
SM
MD
LG