Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 02:12

Rusiyaya radioaktiv maaddə keçirmək istəyən Ermənistan vətəndaşı Gürcüstanda tutulub


Gürcüstanla Rusiya arasında sərhəd məntəqəsi, Yuxarı Lars

Gürcüstan təhlükəsizlik xidmətinin əməkdaşları Rusuyaya radioaktiv maaddə keçirməyə cəhddə şübhəli bilinən Ermənistan vətəndaşını saxlayıblar.

AzadlıqRadiosu erməni xidmətinin Gürcüstandakı mənbələrə istinadla verdiyi məlumata görə, o avtomobillə Rusiyaya keçmək istəyirimiş.

Baxış vaxtı onun maşınından 71 qram radioaktiv izotop (Toriy 232) maaddəsi tapılıb.

Tbilisi məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

Həbs edilən Ermənistan vətəndaşının adı çəkilmir.

Onu 10 ilədək həbs gözləyir.

XS
SM
MD
LG