Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

Hüquq müdafiəçisi Natalya Estemirovanın qətlindən 10 il keçir


U.K. - Chechen journalist and activist Natalia Estemirova poses at the Front Line Club in London October 4, 2007. Estemirova was awarded the first annual Anna Politkovskaya award for women defenders of human rights in war in London on Thursday. REUTERS/D
U.K. - Chechen journalist and activist Natalia Estemirova poses at the Front Line Club in London October 4, 2007. Estemirova was awarded the first annual Anna Politkovskaya award for women defenders of human rights in war in London on Thursday. REUTERS/D

İyulun 15-də hüquq müdafiəçisi Natalya Estemirovanın qətlinin 10 ili tamam olur.

“Memorial” hüquq-müdafiə mərkəzinin əməkdaşı Estemirova 2009-cu ildə Çeçenistanda öldürülüb.

İyulun 15-də Moskvada onun xatirəsinə həsr edilmiş piket və aksiyalar keçirilib.

“Memorial”ın bəyanatında deyilir ki, Estemirova “Çeçenistanda insan haqları pozuntularının cəzasız qalmasına qarşı mübarizə aparırdı”.

Onun sayəsində, 2-ci Çeçenistan müharibəsi , o cümlədən Çeçenistan və Rusiya güc qurumlarının keçirdikləri xüsusi əməliyyatlar zamanı çoxsaylı cinayətlərin üstü açılıb.

“Memorial” əmindir ki, yerli sakinlər Estemirovanın qətlinə görə hüquq müdafiəçilərindən kömək istəmirlər, Çeçenistanda isə təqiblər davam edir.

Xüsusilə azad mobil qrupun əməkdaşları müntəzəm hücumlara görə respublikanı tərk etməli olublar.

Estemirovanın davamçısı Oyuba Titiyevanı isə narkotik maddələr saxlama ittihamı ilə mühakimə ediblər.

Hüquq müdafiəçilərinin məlumatına görə, Estemirova 2009-cu il iyulun 15-də Qroznıdakı evindən oğurlanıb, axşam isə İnquşetiyada, “Qafqaz” yolunun yaxınlığnda cəsədi tapılıb.

Həmin vaxt sinəsi və başında güllə yaraları aşkar edilib.

Qətlin sifarişçiləri və iştirakçıları hələ də tapılmayıb.

“Memorial” hüquq-müdafiə mərkəzi bundan əvvəl onun qətlinə görə cavabdehliyi Çeçenistan rəhbərliyinin üzərinə atmışdı.

Estemirovanın həmkarları deyirlər ki, Respublika başçısı Ramzan Kadyrov şəxsi söhbətlərində onu hədələyirmiş.

Həmin vaxt Rusiya prezidenti olan Dimitry Medvedev bu qətlin Estemirovanın peşə fəaliyyəti ilə bağlı olduğu nu demişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG