Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:22

Baş Prokurorluq: 'Xan çinarının budağının qırılmasına səbəb…'


Xan çinarın budağı qoparaq ziyarətçilərin üzərinə düşüb
Xan çinarın budağı qoparaq ziyarətçilərin üzərinə düşüb

Baş Prokurorluq Şəki Xan Sarayı abidəsinin ərazisində ağacın budaqlarının qırılması nəticəsində 19 nəfərin xəsarət alması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb: «Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0.5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq insanların üzərinə düşmüşdür. Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub».

Prokurorluq bildirir ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmamışdır: «Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək… məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilmişdir».

Şəki Xan Sarayı bir müddət bağlı olacaq

«İyulun 14-də Şəki Xan Sarayı ərazisində baş vermiş hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalan 6 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir».

Bu barədə Dövlət Turizm Agentliyindən bildiriblər.

Verilən məlumata görə, Dövlət Turizm Agentliyi rəhbərliyinin qərarı ilə «Yuxarı Baş» Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq.

Qeyd edildiyinə görə, lazımı araşdırma və bərpa işlərdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək, sarayın ərazisi turistlərin üzünə açılacaq.

Şəkidə xəsarət alan turistlərin son durumu...

Səhiyyə Nazirliyi iyulun 14-də Şəkidə baş vermiş hadisə ilə bağlı xəsarət alanların son vəziyyətinə dair məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

Verilən məlumata görə, Klinik Tibbi Mərkəzində (KTM) müalicə alan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı) və Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri isə ağır stabildir, həyati təhlükələri yoxdur.

İyulun 14-də Şəki Xan Sarayı ərazisində xan çinarın budağı qoparaq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu, müalicələrinin davam etdiyi söylənir.

Xəsarət alanlardan ikisinin Rusiya, beşinin Suriya vətəndaşı olduğu deyilir.

Şəki Xan Sarayı və şəhərin qədim hissəsi bu günlər - iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG