Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:25

Qızları tərəfindən öldürüldüyü bildirilən şəxsə cinayət işi ‘açılıb’


Bacılardan biri- Maria Khachaturyan

Rusiyanın İstintaq Komitəsinin üç qızı tərəfindən öldürüldüyü bildirilən kişiyə qarşı cinayət işi açdığı xəbər verilir.

İyulun 11-də Rusiyanın xəbər agentlikləri adını çəkmədiyi mənbələrə istinadla yazıblar ki, Mikhail Khachaturyan-a qarşı cinayət işi onun qızlarına işgəncə verməsi, cinsi təcavüz etməsi iddialarından dolayı açılıb.

Bu məlumat hələ rəsmən təsdiqlənməyib.

Khachaturyan-ın üç qızının vəkillərinin deməsinə görə, Khachaturyan-a qarşı sübutlar təqdim olunub, ancaq ona cinayət işi açılmasına qohumları ilə məsləhətləşmələrdən sonra qərar veriləcək.

Rusiya qanunvericiliyi ölmüş şəxslərə ittiham irəli sürməyə imkan verir.

Khachaturyan-ın qızları – Maria, AngelinaKrestina məhdud ev dustaqlılğında saxlanırlar. Onların 57 yaşlı atası 2018-ci ilin iyulunda öldürülüb. 17, 18 və 19 yaşları olan qızlar qəsdən adam öldürməkdə təqsirli bilinsələr, 20 ilədək həbsə məhkum edilə bilərlər.

Khachaturyan bacılarının məhkəməsi Rusiya telekanallarında geniş işıqlandırılıb. Bu məhkəmə Rusiyada məişət zorakılığı ətrafında müzakirələri qızışdırıb. 2017-ci ildə Rusiyada məişət zorakılığının bir çox formaları dekriminallaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG