Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Coca-Cola və Pepsi İrana necə yol tapır – Qərb mediası


Tehranda ABŞ Prezidenti Donald Trump-a qarşı yürüş, arxiv fotosu
Tehranda ABŞ Prezidenti Donald Trump-a qarşı yürüş, arxiv fotosu

İranın paytaxtı Tehranda dəbdəbəli restoranda müştərilər Coca-Cola içir, ofisiantlar onların masaları üstünə Heinz keçupu, Tabasco sousu düzür. İranın hər yerində Coca-Cola və Pepsi almaq mümkündür. “The Associated Press” agentliyi ABŞ istehsalı olan bu məhsulların İrana necə yol tapdığını araşdırıb.

Agentlik yazır ki, ABŞ sanksiyaları 80 milyon əhalisi olan bu ölkənin neft və digər sənaye sahələrinə ciddi ziyan vursa da, Qərb ərzağı, filmləri, musiqi və geyimi əlçatandır. İslam İnqilabından 40 il keçməsinə, hələ də yürüşlərdə “Amerikaya ölüm” şüarı səsləndirilməsinə baxmayaraq, özəlliklə gənc iranlılar ABŞ məhsullarına qucaq açır.

“Amerika həyat tərzi çox cəlbedicidir. Coca-Cola bizə bu həyat tərzindən söz açır”, – Tehran Universitetinin 21 yaşlı tələbəsi Ahmad Rezaee deyib.

İllüstrativ foto
İllüstrativ foto

İranda Coca və Pepsi məhsullarını uyğun olaraq yerli Khoshgovar Mashhad Co.Neysun Shargh Co. qablaşdırır. Hər iki şirkət Imam Reza Fonduna bağlıdır.

Euromonitor International tədqiqat təşkilatının 2016-cı il hesabatına görə, Coca-Cola İranda bazarın 28, Pepsi isə 20 faizini tutub,.

Atlantada mənzillənən Coca-Cola şirkəti İrana 20 ildən artıqdır, ABŞ-ın sanksiya siyasəti çərçivəsində konsentrat satdığını bildirib.

“Burada məhdudiyyətlər var. Şirkətin İranda hər hansı marağı, yaxud aktivi yoxdur”, – Coca-Cola bildirib.

Agentlik Pepsi-dən açıqlama ala bilməyib. Ancaq Pitsburqda mənzillənən Kraft Heinz Co. bildirib ki, “bir çox Qərb şirkətləri kimi bəzi məhsullarımızı yerli İran distributoru vasitəsilə əldə etmək mümkündür”.

Tabasco-nun istehsalçısı McIlhenny Co. isə distributorlarına İrana brend məhsullarının satışını qadağan etdiyini deyib. Şirkət təəssüflə əlavə edib ki, üçüncü tərəf paylama şəbəkələrinin “məhsullarımızı İrana qanunsuz yönəltməsinin qarşısını almaq imkanımız məhduddur və sanksiyalardan yayınan ön şirkət və fərdlərin aşkarlanmasında ABŞ agentlikləri və hüquq-mühafizə orqanlarına bel bağlamalıyıq”.

Kim Darroch
Kim Darroch

Diplomatik yazışmalar necə sızdırılır

Bu günlərdə Britaniyanın ABŞ-dakı səfirinin diplomatik yazışmaları sızdırıldı və səfir istefaya getdi. "Reuters" agentliyinin şərhçisi Peter Apps yazır ki, bu yazışmaların sızması bir sualı ortaya çıxarır: Bu, Britaniyanın öz rəsmilərinin, siyasətçilərinin məqsədli əməli idi, yoxsa Böyük Britaniya xarici ölkənin hücumuna məruz qalıb?

Müəllif bir çox böyük ölkələrin, özəlliklə Rusiya, Çin və İranın məharətlə sızdırılmalardan, şayiə və siyasi fəndlərdən özlərinin geosiyasi məqsədləri üçün istifadə etdiyini yazır. Elə qərb ölkələrinin özlərində də bu taktikalara əl atılır.

“Britaniyanın Vaşinqtondakı səfiri Kim Darroch-un diplomatik teleqramlarının sızdırılmasıyla bağlı belə bir geniş yayılmış spekulyasiya var ki, bu, baş nazirlik uğrunda savaşla bağlı ola bilər. Şayiələrə görə, keçmiş xarici işlər naziri Boris Johnson səfirin dəyişməsini, Breksit tərəfdarı olan bir diplomatın bu posta keçməsini istəyib. Əgər teleqramları hökumət dairələrindən kimsə sızdırıbsa, onda həm ABŞ-Böyük Britaniyanın ‘xüsusi münasibəti’nə ziyan vurduğuna, həm də Rəsmi Sirlər Aktını ciddi şəkildə pozduğuna görə məsuliyyət daşıyır. İndilik, bu deyilənlərin mənbəyilə bağlı elə bir aydınlıq yoxdur. İndiki xarici işlər naziri, Johnson-un əsas rəqibi Jeremy Hunt bu həftə deyib ki, sızdırılmaya görə xarici ölkənin məsuliyyət daşımasına xüsusi bir dəlil yoxdur”, – məqalədə deyilir.

Çernobıl
Çernobıl

Çernobıl rəsmi turizm məkanına çevrilir

Dünyanın ən ağır nüvə qəzasının baş verdiyi Çernobıl rəsmi turizm məkanına çevriləcək. Bunu Ukraynanın prezidenti deyir.

ABŞ-ın HBO telekanalının eyniadlı miniserialından sonra Çernobıla turist axını artıb. Prezident Volodymyr Zelensky deyir ki, indi bu ərazi haqda fərqli hekayət danışmağın vaxtıdır.

“Ukraynanın bu ərazisinə yeni həyat verməliyik. İndiyədək Çernobıl Ukrayna adının mənfi hissəsi idi. Bunu dəyişməyin vaxtı çatıb”, – Zelensky bu həftə imzaladığı sərəncamda bildirir.

1986-cı il aprelin 26-da Çernobıl Nüvə Enerjisi Zavodunda partlayışda 31 adam həlak oldu, ancaq milyonlar radiasiyaya məruz qaldı.

CNN uzunmüddətli radiasiyanın səbəb olduğu ölü sayının xeyli mübahisəsi olduğunu yazır. BMT 2005-ci ildə bu radiasiyadan dolayı xərçəng xəstəliyindən 9 min nəfərin öləcəyini proqnozlaşdırırdı. Greenpeace təşkilatı isə bu qəzanın 200 min nəfərin ölümünə səbəb olduğunu bildirib, insan sağlamlığına yaratdığı müxtəlif problemləri nəzərə alıb.

Zelensky rəsmi vebsaytında Çernobılı nadir məkan adlandırır. Bu ərazi 2011-ci ildən turistlərin üzünə açıqdır. Prezident turistlər üçün “yaşıl dəhliz” yaradılacağını deyib. Belə bir dəhliz əraziyə rəsmi və təhlükəsiz giriş təmin edərək qara bazar qiymətlərinin geniş yayıldığı ərazidə korrupsiyaya son qoya bilər, prezident vurğulayıb.

XS
SM
MD
LG