Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Səfirləri ‘qorxusuz’ danışmağa çağırdı


Boris Johnson və Jeremy Hunt (sağda) teledebatda

Britaniyanın Xarici işlər naziri və baş nazirliyə namizəd Jeremy Hunt deyir ki, ölkəsinin diplomatları “qorxusuz, iltifatsız” danışmağa davam etməlidirlər. Bundan öncə Britaniyanın Vaşinqtondakı səfiri Prezident Donald Trump administrasiyasını tənqid edən yazışmaları yayılınca istefa verib.

“Xahiş edirəm, qorxusuz, iltifatsız danışmağa davam edin, yadda saxlayın ki, Britaniya hökuməti təyinatları yalnız milli marağımıza əsasən edəcək”, – Hunt iyulun 11-də Britaniyanın Xarici İşlər Nazirliyinin işçiləri qarşısında çıxışında deyib.

Səfir Kim Darroch iyulun 10-da istefa verib. Bundan bir neçə gün öncə onun Trump-ı tənqid etdiyi, ABŞ administrasiyasına “köntöy” dediyi diplomatik yazışmalar yayılmışdı.

Trump Darroch-u “səfeh” adlandırıb və Darroch ilə daha işləməyəcəyini söyləyib.

Baş nazir Theresa May isə səfirin istefasından təəssüfləndiyini bildirib.

Britaniyanın bəzi siyasətçiləri səfirin istefasına görə keçmiş xarici işlər naziri, baş nazirliyə daha bir namizəd Boris Johnson-u günahlandırırlar. Belə ki, yazışmalar sızdırılandan sonra Johnson bəyanat verərək Ağ evlə yaxşı münasibətləri olduğunu, trans-Atlantik münasibətlərin vacibliyini vurğulayıb.

Darroch bu bəyanatdan bir neçə saat sonra istefa verib.

“Məni buna görə günahlandırdıqlarına inana bilmirəm. Kim-in böyük tərəfdarıyam. Onunla neçə il çox yaxşı işləmişəm”, – Johnson “The Sun” qəzetinə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG