Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:27

XİN-dən Əsgərov və Quliyevlə bağlı açıqlama


Ş.Quliyev və D.Əgərov

İyulun 11-də Xarici İşlər Nazirliyi 5 il öncə Ermənistan tərəfindən girov götürülmüş Dilqəm ƏsgərovŞahbaz Quliyevlə bağlı açıqlama yayıb.

XİN bu şəxslərin 5 ildir ağır şərtlər altında girovluqda saxlanmasının və başqa bu cür halların münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurduğunu və gərginliyi daha da artırdığını bildirir.

Nazirlik hesab edir ki, Ermənistan dəfələrlə bəyan etdiyi kimi, münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına nail olmaq istəyirsə, Azərbaycanın girovluqda saxladığı mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.

XİN Əsgərovun və Quliyevin tezliklə azad edilməsi üçün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırır.

Xatırlatma

D.Əsgərov və Ş.Quliyev 2014-cü ildə Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov qətlə yetirilib. Separatçı «Dağlıq Qarabağ Respublikası»nın məhkəməsi D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG