Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Moskva yaxınlığındakı yanğında bir nəfər ölüb, 13 nəfər yaralanıb


Hadisə yeri

Moskva yaxınlığındakı yanğında bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirinin müavini Ilya Denisov jurnalistlərə yanğının söndürüldüyünü demişdi, ancaq məlumatlara görə, yanğınsöndürənlər hələ yanğının başladığı yerə yaxın binalarda alovu söndürməyə çalışır.

***

Moskva yaxınlığındakı yanğında 12 nəfərin xəsarət aldığı bildirilir.

Fövqəladə Hallar Nazirinin müavini Ilya Denisov jurnalistlərə yanğının söndürüldüyünü, bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

***

Rusiya paytaxtı yaxınlığındakı Mıtişi şəhərində elektrik stansiyasından böyük yanğın başlayıb, azı səkkiz nəfərin xəsarət aldığı bildirilir.

Rusiya xəbər agentlikləri şahidlərə və fövqəladə xidmət rəsmilərinə istinadla alovun 50 metr yüksəkliyə qalxdığını yazırlar.

Fövqəladə Hallar Nazirliyinin Moskva şöbəsindən Interfax-a deyiblər ki, yanğın stansiyadakı yüksək təzyiqli qaz nasosundan başlayıb və yanğının ətraf binalara yayılmaq təhlükəsi var.

Hələlik, itkilər barədə məlumat yoxdur. Yanğınsöndürmə briqadalarının hadisə yerinə çatdığı xəbər verilir.

TETs-27 elektrik stansiyası 1992-ci ildən fəaliyyət göstərir. Stansiyanın ümumi gücü 1068 meqavatdır və stansiyada əsas yanacaq kimi təbii qazdan istifadə olunur.

Mıtişi Moskvanın mərkəzindən 20 kilometr şimal-şərqdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG