Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 09:09

Rusiyalıların 30 faizi milli zəmində qanlı toqquşmaları ‘mümkün sayır’


Çemodanovkada kütləvi davadan sonra
Çemodanovkada kütləvi davadan sonra

Rusiyalıların 30 faizdən çoxu milli zəmində “kütləvi qanlı toqquşma” ehtimalını mümkün sayır. Bunu Levada mərkəzinin yeni sorğusu üzə çıxarıb.

Ancaq rusiyalıların 64 faizi əmindir ki, hazırda ölkədə milli zəmində kütləvi toqquşmalar mümkün deyil.

Rusiya vətəndaşlarının üçdə birindən çoxu (39%) Çemodanovkada baş verənləri izləyiblər, yaxud da nəsə eşidiblər, onlardan 7 faizi hadisələri “diqqətlə izləyib”. Ancaq respondentlərin üçdə ikisi bu haqda heç nə eşitməyib. İyunun 13-də Penza vilayətinin Çemodanovka kəndində kütləvi dava-dalaş olub, bir nəfər həlak olub, 174 nəfər polisə aparılıb, 15 nəfər saxlanıb. Daxili İşlər Nazirliyi baş verənləri “məişət münaqişəsi” adlandırıb.

Bu sorğu iyunun 27-dən iyulun 4-dək 137 yaşayış məntəqəsində 1608 nəfər arasında keçirilib.

Çemodanovka prokurorluğu
Çemodanovka prokurorluğu

Ksenofobiya reytinqi

Levada mərkəzinin ötən ilin avqustunda keçirdiyi sorğuya görə, Rusiyada “arzuolunmaz” etnoslara qaraçılar başçılıq edir: respondentlərin 43 faizi demişdi ki, onları Rusiyaya “heç buraxmamaq” gərəkdir. Ksenofobiya reytinqində ikinci və üçüncü yerləri “qaradərililər” (33%) və “Orta Asiyadan gələnlər” (30%) tuturdu. Ötən il hər dörd rusiyalıdan biri (27%) demişdi ki, ölkəyə çinliləri və çeçenləri “buraxmazdı”, hər beş nəfərdən biri isə (22%) bunu ukraynalılar barədə deyirdi.

Çemodanovkada baş verənlərə gəlincə, yerli sakinlər qarşıdurmanın bir neçə qaraçının bir qızı zorlamağa çalışmasından sonra baş verdiyini deyiblər. Yerli sakinlər buna etiraz olaraq bir yerə yığışıblar.

2016-cı ilin martında Tula vilayətinin Plexanovo kəndində də kütləvi iğtişaşlar olmuşdu. Qaz idarəsinin işçiləri qaz borusundakı qanunsuz ayrılmaları bağlamağa çalışanda yüzə yaxın sakin yerli administrasiya və polisin binasına gedib, təkər yandırıb, qaz idarəsi, polis əməkdaşlarını, jurnalistləri daşa tutub. İğtişaş 700-dək adamın saxlanması ilə nəticələnib. Qəsəbədə 100-dən artıq qanunsuz tikili sökülüb.

XS
SM
MD
LG