Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:43

Yaponiyanın kosmik aparatı uzaq asteroidə enib


Hayabusa 2 Ryugu-ya yaxınlaşır, 22 fevral, 2019-cu il

Yaponiyanın Hayabusa2 heyətsiz kosmik aparatı uzaq məsafədə yerləşən asteroidə ikinci dəfə uğurlu eniş edib. Ölkənin kosmik agentliyi məlumatı aparatdan ötürülən informasiyaya əsasən yayıb.

Yaponiya Aerokosmik Tədqiqat Agentliyi (JAXA) iyulun 11-də bildirib ki, “eniş uğurlu olub”, bu xəbər missiyaya nəzarət otağında alqışlarla qarşılanıb.

Aparatın məqsədi günəş sisteminin təkamülünə öyrənməyə kömək edəcək nümunələr götürməkdir.

Ryugu asteroidi Yerdən 300 milyon kilometr məsafədə yerləşir və Hayabusa2 aparatı çoxillik missiyası dövründə artıq ikinci dəfədir ora enir.

İlk dəfə fevralda eniş etmiş aparat asteroidin səthinə güllə atmış və nümunə üçün toz əldə etmişdi.

Hayabusa2 böyük soyuducu boydadır, enerji təminatından ötrü günəş panelləri ilə təchiz olunub.

Onun sələfi Hayabusa1 2010-cu ildə daha kiçik asteroiddən toz nümunələri götürərək Yerə qayıtmışdı. O, kosmosda yeddi il qalmışdı.

2014-cü ildə buraxılmış Hayabusa2-nin gerçəkləşdirdiyi missiyanın dəyəri 270 milyon dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG