Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Trump İrana qarşı yeni sanksiyalardan danışır


İran Prezidenti Hassan Rouhani Milli Nüvə Texnologiyası Günündə
İran Prezidenti Hassan Rouhani Milli Nüvə Texnologiyası Günündə

ABŞ prezidenti Donald Trump İran üzərinə yeni sanksiyalarla hədələyib və bir daha 2015-ci ildə dünya gücləri ilə İran arasında imzalanmış nüvə sazişini pisləyib.

Trump iyulun 10-da Twitterd-də yazıb ki, “sanksiyalar bu yaxınlarda gücləndiriləcək”.

Trump 2018-ci ildə ABŞ-ı İranla nüvə sazişindən çıxarıb.

İran ötən həftəyədək bu sazişin şərtlərinə tam əməl edirdi, lakin ötən həftəsonu uranın zənginləşdirmə dərəcəsini artırdığını və zənginləşdirilmiş uran ehtiyatı üzrə sazişin ona verdiyi limiti aşdığını bəyan edib.

İran bildiriib ki, Avropa ölkələri bu mühüm sazişin qorunub saxlanması və Tehranın ABŞ sanksiyalarından kifayət qədər mühafizə edilməsi üçün lazımi səyləri göstəmirlər.

Trump bunu da iddia edib ki, İran onsuz da məxfi şəkildə uranın zənginləşdirilməsi ilə məşğul olurdu. ABŞ prezidenti dediklərinin isbatı üçün əlavə məlumat verməyib:

"İran John Kerry və Obama administrasiyası ilə bağladığı 150 milyard dollarlıq sazişi pozaraq çoxdan bəridir ki, uranın zənginləşdirilməsi ilə məşğul idi”.

***

Bundan əvvəl xəbər verilirdi ki, iyulun 10-da BMT-nin nüvə agentliyi İranla bağlı fövqəladə toplantı keçirir. Bundan bir neçə gün öncə Tehran 2015-ci il nüvə sazişini artıq ikinci dəfə pozduğunu açıqlayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 ölkədən ibarət idarə şurasının iclası Birləşmiş Ştatların xahişilə çağırılıb. İclas Vyanada keçirilir.

İran Vaşinqtonun sazişdən çıxmasına və sanksiyaların bərpasına cavab olaraq nüvə sazişini bilərəkdən pozduğunu açıqlayıb.

Tehran hazırda uranı sazişdə razılaşdırılmış səviyyədən artıq zənginləşdirir, həmçinin az zənginləşdirilmiş uran ehtiyatının sazişdəki limiti keçdiyini bildirir.

Tehran deyir ki, sənədə imza atmış Avropa ölkələrini İran iqtisadiyyatına yardıma məcbur etmək istəyir, əks halda illərlə razılaşdırılmış saziş iflas edə bilər.

Birləşmiş Ştatlar isə Avropadakı müttəfiqlərə İranla daha sərt davranmaqdan ötrü təzyiq göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG