Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 00:47

Pakistanlı teleaparıcı güllələnib


Pakistan polisi teleaparıcı Mureed Abbas-ın Karaçi şəhərində güllələndiyini bildirir.

Müstəqil BOL News telekanalının aparıcısı olan Abbas-ın şəxsi mübahisə zəminində öldürüldüyü bildirilir, polis bu məlumatı araşdırır.

Teleaparıcı sinəsindən və qarın boşluğundan çoxsaylı güllə yaraları alıb, xəstəxanaya çatdırılanda artıq ölübmüş.

Məlumatlara görə, hadisə zamanı Abbasın yanında olan dostu Khizar Hayat-a da iki dəfə atəş açılıb və xəstəxanada keçinib.

Polis hadisəyə görə şübhəli bilinən şəxsin evinə basqın edən zaman onun özünü öldürməyə cəhd etdiyini bildirir. Məlumatda deyilir ki, şübhəli öz sinəsinə atəş açıb, hazırda Karaçidə xəstəxanada ağır durumdadır.

XS
SM
MD
LG