Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 00:08

Britaniyanın ABŞ-dakı səfiri istefa verib


Kim Darroch

Britaniyanın ABŞ-dakı səfiri istefa verib. Bundan bir neçə gün öncə onun Prezident Donald Trump-ı tənqid etdiyini göstərən diplomatik yazışmalar yayılmışdı.

Trump Kim Darroch-u “səfeh” adlandırmışdı. Səfir isə yazışmalarında ABŞ prezident administrasiyasına “köntöy” deyirdi.

Darroch 10 iyul tarixli məktubunda yazır ki, vəzifə müddəti bu ilin sonunda bitməliydi, ancaq “indiki şəraitdə yeni səfirin təyin olunmasını məsuliyyətli yol” hesab edir.

Darroch “bu bir neçə çətin gündə Böyük Britaniya və ABŞ-da dəstək göstərənlərə minnətdarlığını” bildirib.

Baş nazir Theresa May Darroch-un istefasından məyus olduğunu söyləyib.

2017-ci ildən indiyədək olan müddəti əhatələyən yazışmalarda Darroch ABŞ administrasiyasını “diplomatik baxımdan köntöy və səfeh” adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG