Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:05

Moskvada Krım tatarlarının 50-dən çox tərəfdarı saxlanıb


Qırmızı Meydanda saxlanmış fəallar, 10 iyul, 2019-cu il

Moskva polisi Ali Məhkəmənin qarşısına yığışmış azı 50 nümayişçini saxlayıb. Onlar terrorçuluq ittihamları ilə uzunmüddətli həbs cəzalarına məhkum edilmiş dörd Krım tatarına dəstək bildirməyə gəlmişdilər.

İyulun 11-də fəallar Ali Məhkəmənin qarşısına toplaşıblar. Məhkəmədə Hizb ut-Tahrir islamçı qrupuna üzvlükdə təqsirli bilinərək 9 ildən 17 ilədək həbsə məhkum edilmiş dörd krımlı tatarın şikayətinə baxılır.

Polisin saxladığı nümayişçilərin hamısını avtobusa mindirərək uzaqlaşdırıblar.

Rusiyada nümayişçilərə qarşı polis təzyiqini monitorinq edən OVD-Info müstəqil qrupu azı 45 nümayişçinin saxlandığını bildirir.

***

Krım tatarlarına təzyiqlərə etiraz edənlər saxlanıb

Rusiyada polis Ukraynanın ilhaq olunmuş Krım regionunda tatarlara təzyiqlərə etiraz edən 7 fəalı saxlayıb. Etirazçılar iyulun 10-da Qırmızı Meydanda saxlanıb.

Onlar “Krımda terrorçuluqla mübarizə narazılarla savaşdır”, “Bizim övladlarımız terrorçu deyillər” plakatları qaldırıblar.

Bəzi etirazçılar isə polis tərəfindən meydandan uzaqlaşdırılıb.

Bu etiraz Rusiya Ali Məhkəməsində dörd Krım tatarının şikayətinə baxılmasından bir gün öncə keçirilib. Həmin tatarlar Hizb ut-Tahrir islamçı qrupuna üzvlükdə təqsirli bilinərək 9 ildən 17 ilədək həbsə məhkum ediliblər.

Ukraynada Rusiya səfirliyi qarşısında etiraz aksiyası, arxiv fotosu
Ukraynada Rusiya səfirliyi qarşısında etiraz aksiyası, arxiv fotosu

Krım tatarlarına ənənəvi ittiham

Bu qruplaşma Rusiyada qadağan olunub, Kreml onu “terrorçu” təşkilatlar siyahısına salıb.

Hizb ut-Tahrir Ukraynada qadağan olunmayıb. Ancaq Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən burada öz qanunlarını tətbiq edir.

İyunda Rusiyada məhkəmə beş Krım tatarını 12 ildən 17 ilədək həbsə məhkum edib, onlar da Hizb ut-Tahrir-ə üzvlükdə təqsirli biliniblər.

Yenə də iyunda daha 8 Krım tatarı saxlanıb, Hizb ut-Tahrir-ə üzvlükdə ittiham olunub.

Krımın ilhaqından bəri burada Rusiyanın qurduğu hakimiyyət onlarla tatarı Hizb ut-Tahrir-ə üzvlükdə ittiham edib.

Təkcə mart-apreldə Rusiyanın Federal Təhlükəsizlik Xidməti 24 Krım tatarını bu qruplaşmaya üzvlükdə şübhəli bilərək saxlayıb, onların evlərində bir-bir axtarış aparılıb.

İnsan haqları qrupları və Qərb hökumətləri Krım tatarlarına, Moskvanın yarımadanı işğalını tənqid edən digər şəxslərə qarşı “repressiya kampaniyası”nı pisləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG