Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:50

Komandanlar Bakıda görüşürlər


V.Gerasimov

Prezident İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Todd Uoltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xəbəri AZƏRTAC yayıb.

T.Uolters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşmək üçün Bakıya gəlib.

Söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olunduğu qeyd edilir.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, Əfqanıstanda «Qətiyyətli dəstək» missiyasına Azərbaycanın töhfəsi məsələlərinin müzakirə edildiyi bildirilir.

+++

Prezident İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumatı AZƏRTAC yayıb.

Görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparıldığı deyilir.

+++

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya işgüzar səfərə gəlib.

«İnterfaks-Azərbaycan» Rusiyanın Müdafiə Nazirliyinə istinadən bildirir ki, səfərdən məqsəd NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Todd Uolters ilə danışıqlar aparmaqdır.

«Həmçinin, respublikanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar planlaşdırılır», - nazirlikdən qeyd ediblər.

Azərbaycan mənbələri görüş haqda hələlik məlumat yaymayıblar.

NATO-Rusiya komandanlarının bu görüşü neytral zona olaraq Bakıda sayca üçüncüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG