Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:33

Komissar media təmsilçiləri ilə görüşüb


D.Miyatoviç

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Bakıda bir qrup jurnalist və media sahəsində ekspertlə görüşüb.

Görüşün iştirakçılarından Xədicə İsmayıl AzadlıqRadiosuna bildirir ki, Azərbaycanda KİV sahəsində vəziyyət, jurnalistlərin təqibi, sosial şəbəkələrdə ifadə etdikləri fikirlərə görə məsuliyyətə cəlb edilmələri, saytların bloklanması, tənqidi mediaya və ayrı-ayrı jurnalistlərə hücum edən trolların yaradılması və başqa məsələlər müzakirə olunub. Onun sözlərinə görə, D.Miyatoviç Azərbaycan rəsmiləri ilə görüşdə bu məsələləri qaldıracağını bildirib.

Görüşdə media eksperti Ələsgər Məmmədli, vətəndaş cəmiyyətinin təmsilçilərindən Akif Qurbanİlkin Rüstəmzadə iştirak ediblər.

D.Miyatoviç iki gündür Bakıdadır. O, hüquqşünaslarla, hüquq müdafiəçiləri və başqaları ilə görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG