Moskva məhkəməsi fransalı bankir Philippe Delpal barəsində həbs qətimkan tədbirini oktyabrın 13-dək uzadıb. O, dələduzluqda ittiham olunur.
Rusiyada mənzillənən “Baring Vostok” investisiya şirkətinin tərəfdaşı olan Delpal iyulun 9-da məhkəmədə deyib ki, “15 il yaşadığı Rusiyadan qaçmaq niyyəti yoxdur”.
“Mənim həyatım Rusiyadadır. Getmək variantı yoxdur, çünki bu halda təqsirkar görünərəm”, – Delpal vurğulayıb.
Delpal, Baring Vostok-un qurucusu və ABŞ vətəndaşı Michael Calvey, şirkətin digər rəsmiləri və işçiləri fevralda Moskvada saxlanıblar və onlara maliyyə fırıldağı ittihamı irəli sürülüb.
Calvey və digərləri hər hansı yanlışa yol vermədiklərini deyirlər.
Calvey apreldə ev dustaqlığına buraxılıb. İyunun 8-də isə onun ev dustaqlığı oktyabradək uzadılıb.