Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Honq Konqda etirazlar 'davam edəcək'


Carrie Lam mətbuat konfransı keçirir, 9 iyul, 2019-cu il

Honq Konq lideri Carrie Lam-a qarşı çıxan etirazçılar nümayişlərin davam edəcəyini deyirlər. Bundan öncə Lam mübahisəli ekstradisiya qanununa dəyişikliyi “ölü” elan edib.

Etirazçılar qanun layihəsinin rəsmən geri qaytarılmasını, polisin nümayişçilərə qarşı sərt taktikasının araşdırılmasını tələb edirlər. Bir aydır davam edən etirazlara yüzminlərlə Honq Konq sakini qoşulub. Onlar Çinə məxsus bu yarımuxtar ərazidə mülki hüquqların pozulduğunu iddia edirlər.

“Ölü’ sözünü Honq Konqda hər hansı qanunda, yaxud Qanunverici Şuranın hər hansı hüquqi proseduranda tapa bilmərik”, – etirazların liderləri Jimmy ShamBonnie Leung bəyanatlarında deyirlər.

“Hökumət bizə hüququn aliliyinə hörmət etməli olduğumuzu necə deyə bilər ki, Lam-ın özü bu prinsipdən istifadə etmir”, – onlar vurğulayıblar.

Etiraz liderləri Lam-ın ikiüzlü davrandığını, nümayişçilərlə birbaşa danışmadan onların tələblərinə əməl olunduğunu iddia etdiyini deyiblər.

Leung deyib ki, gələcək etirazların detalları daha sonra açıqlanacaq.

Ekstradisiya qanunu layihəsi şübhəlilərin Çinə verilməsini nəzərdə tutur. Etirazçılar isə Britaniyanın keçmiş müstəmləkəsi 1997-ci ildə Çinə qaytarılarkən zəmanəti verilmiş azadlıqların itirilməsindən narahatlıq bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG