Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Ötən gecə Tbilisidə kimlər etiraza çıxdı


Gürcüstan parlamentinin qarşısı, 8 iyul, 2019-cu il
Gürcüstan parlamentinin qarşısı, 8 iyul, 2019-cu il

Gürcüstanda Daxili işlər naziri Giorgi Gakharia-nın istefasını tələb edənlər ötən gecə antigey və rusiyapərəst fəallarla üz-üzə gəlib.

Rəqib etirazçılar iyulun 8-dən 9-na keçən gecəni Tbilisinin Rustaveli prospektində keçiriblər.

Onlarla fəal iyulun 8-də baş tutmuş LGBT paradına etiraz ediblər. Sonradan onlara rusiyapərəst fəallar qoşulub.

Ötən gecə rəqib etiraz qrupları arasında toqquşma olduğu xəbər verilir, ancaq zorakılığı önləməkdən ötrü əraziyə polis qüvvələri yerləşdirilib.

Polis yolu bağlayır, 8 iyul, 2019-cu il
Polis yolu bağlayır, 8 iyul, 2019-cu il

Müxalif qüvvələr iyunun 20-si gecəsi Rusiyanın Gürcüstandakı nüfuzuna etiraz edənlərə qarşı aşırı gücdən istifadə olunduğuna görə daxili işlər nazirinin istefasını tələb edirlər. Həmin gecə polis rezin güllələrdən və su şırnaqlarına əl atıb, 240-dan çox adam xəsarət alıb.

Etirazlar Rusiya Dövlət Duması üzvünün Gürcüstan parlamentində tədbir zamanı spikerin yerində əyləşməsindən sonra başlanıb.

***

Tbilisidə kiçik gey parad keçirilib

İyulun 8-də Gürcüstanın paytaxtı Tbilisidə kiçik gey parad keçirilib.

Paradın liderlərindən biri Giorgi Tabagari Twitter-də yazıb ki, “Tbilisidə parad nəhayət baş tutdu”.

“Sayımız az olsa da, bunu təhlükəsiz idarə edə bildik. Tarix yaradırıq!” – o, sözlərinə əlavə edib.

Gey parad haqda tvit
Gey parad haqda tvit

Parad yarım saat çəkib

20-dən artıq etirazçı, insan haqları fəalları və LGBT icmasının üzvləri daxil olmaqla Daxili İşlər Nazirliyi qarşısında etiraz edib, göy qurşağı rəngində bayraqlar qaldırıb.

Yürüş cəmi yarım saat çəkib, çünki ekstremist qrupların etirazçıları dağıtmağa gəldiyi barədə məlumat yayılıb.

Giorgi Tabagari
Giorgi Tabagari

Bundan öncə təşkilatçılar tədbirin ertələndiyini bildirmişdilər.

Məlumatlara görə, yürüşün planlaşdırımış marşrutu onlayn sızdırılıb, bu da LGBT icması üzvlərinin təhlükəsizliyi sarıdan narahatlıq doğurub.

Giorgi Tabagari jurnalistlərə demişdi ki, paradın ləğvi qərarı təhdidlərdən dolayı verilib. “Təşkilat üzvlərimiz hədələndiyindən Daxili İşlər Nazirliyi yaxınlığında etiraz etməyəcəyik”, – Tabagari bildirmişdi.

Gürcüstanın nüfuzlu Pravoslav Kilsəsi LGBT fəallarının yürüş planlarını tənqid etmişdi. Kilsə iyunun 14-də yaydığı bəyanatda deyirdi ki, LGBT həyat tərzi “günah”dır, “xristian inancı, ənənəvi dini baxışlara və mənəvi dəyərlərə ziddir”.

Gey parad ilkin olaraq iyunun 22-nə planlaşdırılmışdı. Ancaq paytaxtda anti-Rusiya etirazçılara polisin divan tutmasından sonra ertələndi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG