Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:58

Talibanla danışıqların ‘ən məhsuldar’ raundu keçirilib


Zalmay Khalilzad

ABŞ-ın elçisi Zalmay Khalilzad ABŞ-Taliban sülh danışıqlarının son raundunu indiyədək keçirilmiş “ən məhsuldar” mərhələ adlandırıb. O, AzadlıqRadiosu-na (RFE/RL) “xeyli proqres” əldə olunduğunu söyləyib.

Khalilzad Azad Əfqanıstan Radiosuna iyulun 7-də, Qətərfə əfqanlararası dialoqun birinci günü bitəndən sonra müsahibə verib.

İkigünlük dialoq zamanı Əfqanıstanın hökumət rəsmiləri ilə Taliban təmsilçiləri ilk dəfə olaraq bir araya gəliblər. Ancaq Kabil rəsmiləri Dohaya rəsmi deyil, şəxsi təmsilçiliklə gediblər.

İndiyədək Taliban Əfqanıstan hökumətinin üzvləri ilə birbaşa görüşdən imtina edir, onları “Qərbin oyuncaqları” adlandırırdı.

Ancaq Taliban bu dəfə hökumətin üzvləri ilə görüşə razılaşıb. Nümayəndə heyətində hökumətdən başqa müxalifət təmsilçiləri, qadınlar, əfqan QHT-lərinin üzvləri də olub.

Khalilzad deyib ki, ABŞ və Taliban təmsilçiləri dörd əsas məsələ üzrə razılaşma əldə etməyə yaxınlaşıblar.

Bu məsələlər xarici qüvvələrin Əfqanıstandan çıxarılması, daimi atəşkəs, Əfqanıstanın digər ölkələrə hücumlar üçün baza kimi istifadə olunmayacağına Talibanın zəmanət verməsi və siyasi həllə aparacaq əfqanlararası dialoqdur.

ABŞ-Taliban danışıqları iyulun 9-da Əfqanıstan hökumətinin təmsilçilərinin iştirakı olmadan bərpa olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG