Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:41

Britaniyanın tankeri saxlaması ‘təhdidedici hərəkətdir’


Cəbbərültariqdə saxlanmış Grace 1 supertankeri
Cəbbərültariqdə saxlanmış Grace 1 supertankeri

Britaniyanın ötən həftə İran tankerini saxlaması təhdidedici və qeyri-korrekt hərəkətdir. Bunu İranın Müdafiə naziri Amir Hatami iyulun 8-də dövlət televiziyası ilə yayımlanan çıxışında deyib.

Britaniya Kral Donanması iyulun 4-də Avropa Birliyi sanksiyalarını pozaraq Suriyaya neft aparan tankeri saxlayıb. Bu hərəkət Tehranı qəzəbləndirib və Qərblə qarşıdurmanı gücləndirə bilər.

Cəbbərültariq hakimiyyəti Ali Məhkəməsindən tanker 14 günlüyə saxlamaqla bağlı icazə alıb. İyulun 5-də bu açıqlama veriləndə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri cavab olaraq Britaniya gəmisinin saxlanacağını bildirib.

Amir Hatami
Amir Hatami

“Tehran müharibə istəmir”

Hatami onu da deyib ki, ötən ay Amerika dronunu vurmaqla Tehran öz sərhədlərini qoruyacağına dair mesaj göndərib.

İyulun 8-də İran ordusunun başçısı, general mayor Abdolrahim Mousavi deyib ki, Tehran hər hansı ölkəylə müharibə istəmir. Xəbəri yarırəsmi Mehr xəbər agentliyi yayıb.

Tehran dronu vurandan sonra İranla Birləşmiş Ştatlar arasında gərginlik güclənib.

İran rəsmiləri dronun onların hava məkanında vurulduğunu, Vaşinqton isə beynəlxalq sular üzərində uçduğunu bildirib.

Bu arada Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, İran nüvə sazişinin limitini aşaraq nüvə proqramını gücləndirməyə görə əlavə sanksiyalarla üzləşəcək.

“İranın nüvə proqramını genişləndirməsi əlavə təcrid və sanksiyalara aparacaq”, – ABŞ Dövlət katibi Mike Pompeo iyulun 7-də tvitində yazıb.

İran hökumətinin sözçüsü Ali Rabiei iyulun 7-də Tehranda jurnalistlərə deyib ki, nüvə sazişində nəzərdə tutulan uran zənginləşdirmə səviyyəsini “bu gün keçəcəyik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG