Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:54

Qida zəhərlənməsindən 14 məhbus ölüb


Vahdat şəhər həbsxanası

Tacikistanın şimalındakı Sogd regionundan ölkənin cənubundakı həbsxanalara köçürülən 14 məhbus qida zəhərlənməsindən dünyasını dəyişib. Hadisə iyulun 7-də baş verib.

“Köçürülmə zamanı məhbuslardan biri digər 15 məhbusla üç dilim çörəyini paylaşıb. Onlar Düşənbəyə çatanda səhhətləri pisləşib”, – Ədliyyə Nazirliyi bəyanatında bildirib.

Həkimlər zəhərlənən məhbuslardan ikisini xilas edə biliblər.

Baş Prokurorluq insidentlə bağlı araşdırmaya başlayıb.

Bu insidentdən öncə Tacikistanda məhbuslar arasında daha bir kütləvi ölüm halı qeydə alınmışdı. Mayın 19-da Vahdat həbsxanasında qiyamda 29 məhbus və üç nəzarətçi öldürülüb.

XS
SM
MD
LG