Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:11

Britaniya səfirin dediklərinin necə sızdığını araşdırır


Kim Darroch (solda) və Ukraynanın ovaxtkı Prezidenti Petro Poroshenko, 2014-cü il

Britaniya hökuməti Birləşmiş Ştatlardakı səfirinin məxfi yazışmalarının necə yayıldığını araşdırır. Səfir ABŞ Prezidenti Donald Trump administrasiyasını “yöndəmsiz və səfeh” adlandırmışdı.

Xarici İşlər Nazirliyinin sözçüsü iyulun 7-də dpa-ya deyib ki, informasiyanın sızdırılması üzrə rəsmi təhqiqat başladılacaq. İnformasiya bir gün öncə sızdırılıb.

2017-ci ildən indiyədək olan dövrü əhatələyən yazışmalarda səfir Kim Darroch deyir ki, ABŞ administrasiyası “diplomatik baxımdan yöndəmsiz və səfeh”dir.

Xarici İşlər Nazirliyi sənədlərin həqiqiliyi ilə bağlı bir söz deməyib.

Trump isə jurnalistlərə deyib ki, səfir Darroch “Britaniyaya yaxşı xidmət etməyib”.

“Həmin adamın böyük pərəstişkarı deyilik. Onun haqqında nələrsə deyə bilərəm, amma etməyəcəm”, – Trump vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG