Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Erdogan: Partlayış terrorçuluqla bağlı ola bilər


Recep Tayyip Erdogan

İyulun 5-də Türkiyənin cənub-şərqində partlayışda üç suriyalı öldürülüb. Prezident Recep Tayyip Erdogan bu insidentin terrorçuluqla bağlı ola biləcəyini deyib.

Türkiyənin Suriyayla sərhədi yaxınlığında yerləşən Reyhanlı şəhərindəki partlayışda bir nəfər xəsarət alıb.

“Maşının içinə bomba qoyulduğu aydındır”, – televiziyayla çıxış edən Erdogan təhqiqat getdiyini, insidentin “terrorçuluqla bağlı” ola biləcəyini söyləyib.

“Reuters” təhlükəsizlik mənbələrinə istinadla yazır ki, avtomobildəki suriyalılardan biri intiharçı olub və onun üstündəki partlayıcı qurğu tez partlayıb.

Mənbə maşındakı sərnişinlərin İslam Dövləti ekstremist qrupuyla mümkün əlaqələrinin araşdırıldığını deyib.

Reyhanlıda minlərlə suriyalı qaçqın yaşayır. 2013-cü ildə törədilmiş iki partlayışda beş uşaq daxil 50-dən çox adam həlak olmuşdu.

O zaman Türkiyə hücuma görə Suriya hökumətinə bağlı qrupu ittiham edirdi. Dəməşq isə hücumla hər hansı əlaqəsi olmadığını bildirib.

XS
SM
MD
LG