Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:37

Ziyafət Əsgərov Stefan Şennakla görüşüb


Stefan Schennach
Stefan Schennach

İyulun 5-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşüb.

“Report”un məlumatına görə, görüşdə Milli Məclisin AŞPA ilə əməkdaşlığı, enerji layihələri müzakirə olunub. Tərəflərin həmçinin demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin edilməsi, regional münaqişələr və onların həlli yolları, bir sıra digər aktual məsələlər barədə fikirlərini bölüşdükləri deyilir.

Ziyafət Əsgərov Azərbaycanda sosial-iqtisadi, hüquqi islahatlar, bu proseslərin parlament tərəfindən dəstəklənməsi barədə məlumat verib.

S.Şennakın isə burada keçirdiyi görüşlərdən danışıb. Məlumatda deyilir ki, məruzəçi səfərin məqsədinin ölkədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq olduğunu bildirib. Onun təmsil etdiyi təşkilatla Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söylədiyi qeyd olunur.

XS
SM
MD
LG