Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Bəzi rayonlara yağış gözlənilir


Gəncə
Gəncə

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəyi gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın əkəsr rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

XS
SM
MD
LG