Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:37

Sudanda hakimiyyət bölgüsünə ‘razılaşıblar’


Sudanda etirazçılar, arxiv fotosu

Sudanın hakim generalları etirazların liderləri ilə hakimiyyət bölgüsü üzrə razılaşma əldə ediblər. Bunu Afrika Birliyindən vasitəçi Mohamed Hassan Lebatt deyib.

Onun sözlərinə görə, tərəflər iyulun 4-də “üç illiyə, yaxud daha artıq müddətə ordu və dinc sakinlər arasında rotasiyaya əsaslanan suveren şura yaratmaq” üzrə razılıq əldə ediblər.

Bu, ölkədəki siyasi çıxılmaz durumu yoluna qoya bilər.

İki gün idi paytaxt Xartumda danışıqlar aparılırdı. Danışıqların öncəki raundu mayda iflas etdi. Onda tərəflər hakim şuraya mülki, yaxud hərbi şəxsin rəhbərlik etməsini razılaşdırma bilməmişdilər.

Tərəflər həmçinin müstəqil texnokrat hökumət qurmağa, son həftələrin zorakılıqlarını müstəqil araşdırmağa razılaşıblar. Etirazlarda onlarla nümayişçi öldürülüb.

Hakim Keçid Hərbi Şurası apreldə prezident Omar al-Bashir hakimiyyətdən kənarlaşdırılandan sonra yaradılıb. Şura iki ildən çox çəkməyəcək keçid dövründən sonra mülki idarəçilik qurmağı vəd etmişdi.

Ancaq müxalifət liderləri bu müddəti çox uzun sayır, mülki idarəçiliyə daha tez keçmək üçün təzyiq göstərirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG