Əfqanıstanın cənubunda hərbi əməliyyatlar və silahlı hücumlardan qaçmış 2 mindən çox əfqan ailə evinə qayıdır. Bunu Nangarhar vilayətinin rəsmiləri deyir.
Vilayət valisinin sözçüsü Ataullah Khogyani AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, məcburi köçkünlər Bati Kot, Kot, Momand Dara və Şinvar bölgələrindəki kəndlərinə qayıdırlar.
“Ümumilikdə isə 14 minədək ailə evinə qayıtmaq istədiyini bildirib”, – Khogyani iyulun 4-də deyib.
Onun sözlərinə görə, sakinləri evlərindən kəndlərdəki atışmalar didərgin salıb.
Taliban və İslam Dövləti (İD) ekstremist qrupunun yerli qanadı Pakistanla həmsərhəd Nanharharda fəaldır.