Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:13

Bu çimərliklər çirklidir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi iyunun 28-dən iyulun 4-nə kimi çimərlik ərazilərində aparılmış növbəti monitorinqlərin nəticəsini açıqlayıb.

“Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil”, - məlumatda belə deyilir.

Nazirlik monitorinqi Xəzərin şimal və cənub bölgələrində də aparıb və bu dəfə daha çox yerdə dənizin çimmək qənaətbəxş sayılmayıb.

“Əvvəlki nəticələrdən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil”, - ETSN bildirir.

Nazirlik adları çəkilən cənub və şimal çimərliklərinin çirkli olmasını tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılması ilə izah edir.

XS
SM
MD
LG