Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:17

Moskvada Xəzər məsləhətləşmələri


İyulun 4-də Azərbaycanla Rusiya arasında Xəzər dənizinə dair Moskvada ikitərəfli məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Naziriyi məlumat yayıb.

Məsləhətləşmələr çərçivəsində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparıldığı deyilir.

Görüşdə Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlərlə bağlı fikir mübadiləsi aparıldığı da qeyd edilir.

Deyilir ki, görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti haqda danışılıb.

Xəzərin hüquqi status ilə bağlı konvensiyanı 2018-ci il avqustun 12-də Qazaxıstanda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri imzalayıb.

Tərəflər konvensiyanın müddəalarını həyata keçirmək üçün "Xarici İşlər Nazirliklərinin himayəsi ilə müntəzəm məsləhətləşmələr üçün xüsusi mexanizm" yaratmaq razılığına gəliblər və Yüksək Səviyyəli İşçi Qrup yaradılıb. Bu qrupun ilk iclası bu ilin fevralında BakIda, növbəti iclası isə apreldə Qazaxıstanda keçirilib.

XS
SM
MD
LG