Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:00

ABŞ komandanının Bakı görüşləri


Illüstrasiya fotosu
Illüstrasiya fotosu

“Azərbaycan Dəmir Yolları” Qapalı Səmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev və ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta arasında görüş olub. Bu barədə “Azərbaycan Dəmir Yolları”-nın məlumatda deyilir.

Məlumatda deyilir ki, Cavid Qurbanov son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməkdə olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır. QSC rəhbərinin Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə məlumat verdiyi deyilir.

Görüşdə ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.

Məlumatda ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklarenin Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğuladığı qeyd olunur.

ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren iyulun 3-də Azərbaycana səfərə gəlib. İyulun 3-də Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Nəcməddin Sadikovla görüşüb.

XS
SM
MD
LG