Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:42

NATO-nun Qərargah komandanı Bakıdadır


İllüstrasiya
İllüstrasiya

İyulun 3-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan NATO-nun Xüsusi Əməliyyatlar Qərargahının komandanı, vitse-admiral Kolin Kilreynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, Azərbaycanla NATO arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.

Tərəflərin Azərbaycanla NATO-nun xüsusi təyinatlı qüvvələri arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi apardıqları qeyd edilir.

Nazirliyin məlumatına görə, bölgədəki hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Hazırda Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasında iştirak edir.

Eyni zamanda, Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə də töhfə verir.

XS
SM
MD
LG