Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Trump yenə Tehrana xəbərdarlıq edir


Arak nüvə obyekti Tehrandan 190 km cənub-qərbdə yerləşir
Arak nüvə obyekti Tehrandan 190 km cənub-qərbdə yerləşir

ABŞ Prezidenti Donald Trump İrana xəbərdarlıq edib ki, təhdidləri “özünə ziyan vura bilər”. Bundan öncə İran uran zənginləşdirmə səviyyəsini aşacağını demişdi.

“Təhdidlərlə ehtiyatlı ol, İran. Onlar indiyədək heç kəsin etmədiyi kimi geri qayıdaraq özünüzə ziyan vurar”, – Trump iyulun 3-də tvitində yazıb.

İyulun 3-də Fransa Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran sazişdən çıxmaqla “heç nə qazanmayacaq”, “sənədi sual altına almaq yalnız regiondakı gərginliyi qızışdıra bilər”.

***

Almaniya, Britaniya, Fransa isə Tehranı “nüvə sazişinə zərbə vuracaq əlavə addımlardan çəkinməyə çağırıb”.

“Biz davamlı və aydın şəkildə bildirmişik ki, nüvə sazişi öhdəliyimiz İranın ona tam əməl etməsindən asılıdır”, – üç ölkənin xarici işlər nazirləri və AB-nin xarici siyasət rəhbəri birgə bəyanatda deyib.

Rohani iyulun 3-də onu da bildirib ki, sənədi imzalamış digər tərəflər İranla ticarəti qorumasalar, İran Arakdakı ağırlaşdırılmış su reaktorunu işə salmağa başlayacaq.

Zənginləşdirilmiş urandan reaktor yanacağının hazırlanmasında istifadə olunur, nüvə silahı istehsalında da istifadə edilə bilər.

***

Rohani: "Peşmansınızsa..."

Tehran iyulun 7-dən “növbəti addımı atmağa” və uranı daha yüksək səviyyədə zənginləşdirməyə hazırdır. Bu bəyanatı İran Prezidenti Hassan Rohani bir daha dilə gətirib. 2015-ci ildə dünya gücləri ilə imzalanmış nüvə sazişi uranı 3,67 faizlik konsentrasiya səviyyəsində zənginləşdirməyə icazə verir.

“Peşmançılıq ifadə edərək bəyanat vermək istəyirsinizsə, bunu indi edə bilərsiniz”, – “AP” agentliyi Rohani-yə istinadla yazır.

Hassan Rohani Səhiyyə Nazirliyi rəsmiləri ilə görüşdə, 25 iyun, 2019-cu il
Hassan Rohani Səhiyyə Nazirliyi rəsmiləri ilə görüşdə, 25 iyun, 2019-cu il

“Biz bu öhdəliyi kənara qoyacaq, bizə lazım olan, ehtiyac duyduğumuz həcmi əldə edəcəyik, 3,67 faizi keçəcəyik”, – Rohani deyib.

Rohani mayda nüvə sazişini imzalamış digər ölkələrə – Britaniya, Fransa, Almaniya, Rusiya və Çinə 60 gün vaxt vermişdi ki, İranın neft və bank sənayelərini ABŞ-ın iqtisadi sanksiyalarından qorusunlar. Son tarix iyulun 7-də bitir.

Vaşinqton ötən ilin mayında nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Dünya ölkələri Tehranı nüvə sazişinə əməl etməyə çağırırlar. Iyulun 1-də isə İranın nüvə sazişinin müəyyənləşdirdiyi az zənginləşdirilmiş uran ehtiyatı limitini aşdığı açıqlanıb.

Nüvə sazişinin məqsədi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirmək idi.

Rohani deyib ki, nüvə sazişi çərçivəsində bağlanmış Arak nüvə reaktoru əvvəlki fəaliyyətinə qayıdacaq, xəbəri İran mediası yayıb.

2015-ci ildə nüvə sazişi imzalanmazdan öncə İran uranı 20 faizədək zənginləşdirirdi ki, bu da nüvə silahı hazırlamaq səviyyəsinə yaxınlaşmaq deməkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG