Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Atambaev tərəfdarları yürüş keçirib


Almazbek Atambayev (sağda) etiraz aksiyasında

Almazbek Atambaev-in minədək tərəfdarı Bişkekdə yürüşə çıxaraq keçmiş prezidentə ittihamların ləğvini tələb ediblər.

Atambaev özü də yürüşə qatılıb. O, Sosial Demokratik Partiyadan daha dörd deputatla birlikdə stullarda əyləşib, etirazçılar isə onların arxasına yığışaraq Prezident Sooronbai Jeenbekov-un istefasını tələb edən plakatlar qaldırıblar.

Nümayişçilər “köhnə elita”nı kənara çəkilməyə, “Atambaev-in gətirə biləcəyi gənc liderlərə” yol verməyə çağırıblar.

Hökumət rəsmiləri hələlik, yürüşlə bağlı şərh verməyiblər. Yürüşün keçirildiyi yerdə polis əməkdaşları da görünüb.

***

İyulun 3-də Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-in tərəfdarları və əleyhdarları Bişkekdə ayrı-ayrılıqda yürüş planlaşdırırlar. Keçmiş prezident korrupsiya ittihamıyla həbs və mühakimə oluna bilər.

Atambaev tərəfdarları ona ittihamların ləğvi tələbiylə Bişkekin mərkəzinə yığışacaqlarını deyiblər. “Köhnə elita yeni liderlərə yer verməlidir” deviziylə keçiriləcək yürüşə Atambaev-in özünün də qatılacağı gözlənir.

Bişkekin keçmiş meri Nariman Tuleev Facebook-da yazıb ki, Atambaev-in “minlərlə” tənqidçisi keçmiş prezidentin paytaxt yaxınlığındakı Koi-Taş regionundakı iqamətgahına doğru yürüş edəcək, onu “milləti parçalamağı dayandırmağa” çağıracaqlar.

Qırğızıstan parlamentinin üzvləri iyunun 27-də Atambaev-in toxunulmazlığını ləğv edib, onun mühakiməsinə yol açıb.

Atambaev 2011-2017-ci illərdə vəzifədə olduğu müddətdə korrupsiya, vəzifədən sui-istifadə, qanunsuz varlanmada ittiham olunur.

Özü isə ittihamları rədd edir.

Bişkekdəki ABŞ səfirliyi iyulun 3-də Amerika vətəndaşlarını yürüş planlaşdırılan ərazidən uzaq durmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG