Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Çeçenistandakı hücuma görə məsuliyyəti İD götürüb


Çeçenistan, arxiv fotosu

İslam Dövləti (İD) ekstremist qruplaşması Rusiyanın Şimali Qafqazdakı Çeçenistan regionunda hücuma görə məsuliyyəti üzərinə götürüb. Həmin hücumda bir polis əməkdaşı öldürülüb.

İyulun 1-də naməlum bir şəxs Çeçenistanın qərbindəki Açxoy-Martan bölgəsində polis postuna qumbara atıb, bir polis əməkdaşını bıçaqlayıb.

Hücum edən şəxs polis tərəfindən qətlə yetirilib.

SITE Kəşfiyyat Qrupunun məlumatına görə, İD hücuma görə məsuliyyət daşıdığını bəyan edib.

Çeçenistan lideri Ramzan Kadyrov hücumu pisləyib, terrorçuluqla mübarizənin gücləndiriləcəyini vəd edib.

Çeçenistanda separatçı hökumət devriləndən sonra polis və hökumət orqanlarına hücumlar davam edib. İndi təkcə Çeçenistanda deyil, Şimali Qafqazın digər regionlarına da islamçı silahlılarla mübarizə aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG