Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 08:45

Donald Trump deyir ki, İran 'odla oynayır'


Tehran 2015-ci il nüvə sazinin ona verdiyi zənginləşdirilmiş uran limitini aşdığını elan etdikdən az sonra prezident Donald Trump deyib ki, İran “odla oynayır”.

İyulun 1-də Ağ Evdə keçirilən mərasimdə “İrana mesajı varmı” sualına cavab verən Trump deyib ki, İran indiyədək nə etdiyni bilirdi və o “odla oynayırdı”.

***

Beynəlxalq Atom Enerjisi Agentıyi İranın 2015-ciu il nüvə sazişi ilə müəyyənləşdirilmiş zənginləşdirilmiş uran ehtiyatı limitini aşdığını təsdiqləyib.

Bu barədə agentliyin baş katibi Yukiya Amano Vyanada təşkilatın direktorlarlar şurasına məlumat verib.

Bundan əvvəl IRNA dövlət xəbər agentliyi iyulun 1-də Xarici işlər naziri Mohammad Javad Zarif-ə istinadla yazıb ki, 300 kiloqramlıq limit keçilib.

Beynəlxalq Atom Enerjisi Agentliyi “az zənginləşdirilmiş ehtiyatı təsdiqləyəndən sonra” hesabat təqdim edəcəyini bildirib. Bu agentlik İranın dünya gücləri ilə imzalamış olduğu sazişin öhdəliklərinə necə əməl etdiyinin monitorinqini aparır.

Sazişlə İranın uran zənginləşdirməsi və ehtiyatı məhdudlaşdırılır, beynəlxalq sanksiyaların yumşaldılması əvəzində ölkənin nüvə qabiliyyəti azaldılır.

Ötən ilin mayında Birləşmiş Ştatlar sazişdən çıxıb, İrana sanksiyaları bərpa edib.

İran rəsmiləri gileylənirlər ki, sazişi imzalamış digər ölkələr – Britaniya, Fransa, Almaniya, Çin və Rusiya ABŞ sanksiyalarının ölkə iqtisadiyyatına təsirini yumşalda bilməyib. Tehran nüvə sazişinin qoyduğu zənginləşdirilmiş uran limitini keçəcəyini elan edib.

Prezident Hassan Rohani deyib ki, beş ölkə öhdəliklərini yerinə yetirməsə, İran uranı sazişdə nəzərdə tutulmuş 3,67 faizlik konsentrasiya limitindən artıq zənginləşdirməyə başlayacaq.

Avropa ölkələri sazişin hər hansı formada pozulmasının fəsadları olacağını vurğulayıb.

Zənginləşdirilmiş urandan reaktor yanacağının, potensial nüvə silahlarının hazırlanmasında istifadə olunur.

ABŞ sazişdən çıxandan Vaşinqtonla Tehranın münasibətləri pisləşib, Oman körfəzində və Hörmüz boğazı yaxınlığında neft tankerlərinə hücumlar olunub.

Vaşinqton bu insidentlərə görə İranı ittiham eləsə də, Tehran ittihamları rədd edir.

XS
SM
MD
LG