Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Medvedev hakim partiyaya ‘inam defisiti’ndən yazır


Dmitry Medvedev
Dmitry Medvedev

Rusiyanın Baş naziri və hakim Vahid Rusiya partiyasının sədri Dmitry Medvedev “İzvestiya” qəzetinə məqalə yazıb. O, məqalədə vətəndaşların hakim partiyaya inamının azaldığını, bunun özünü 2018-ci ilin regional seçkilərində göstərdiyini vurğulayıb.

Vahid Rusiya-nın cəmiyyətə qulaq asmadığı regionlarda partiya iflas edib, Medvedev yazır.

“Adamlar sadəcə, səsvermə məntəqələrinə getmək istəmirdilər. Ya da əleyhinə səs verirdilər!” – baş nazir vurğulayıb.

Medvedev-in fikrincə, əsas problem real dəyişikliklərin olmamasıdır. Partiya “nə etdikləri barədə az və darıxdırıcı şəkildə danışır. Nəyi, niyə edəcəyini pis izah edir”, – Medvedev yazır.

Prezident Vladimir Putin (öndə, solda) və Baş nazir Dmitry Medvedev Vahid Rusiya-nın qurultayında
Prezident Vladimir Putin (öndə, solda) və Baş nazir Dmitry Medvedev Vahid Rusiya-nın qurultayında

Nə etməli

Onun fikrincə, Vahid Rusiya-da peşəkar siyasətçilər yetərincədir, ancaq mediada tez-tez “təkəbbür və ədəbsizliyini sərgiləməkdən utanmayanlar” barədə informasiya peyda olur.

Baş nazir qeyd edir ki, durumu dəyişməkdən ötrü Vahid Rusiya milli layihələrin icrasına monitorinq sistemi qurmalı, əks-əlaqə sistemini yoluna qoymalı, “çox iş görə biləcək” qeyri-kommersiya təşkilatları ilə işləməyi öyrənməlidir. O həmçinin “xarici nəzarətçilər”, o cümlədən bloqerlər və vətəndaş fəallarını da unutmamağı təklif edir.

Vahid Rusiya jurnalist araşdırmaları ilə məşğul olanları dəstəkləsə, düzgün olar, Medvedev vurğulayır. O, söhbətin “saxta xəbərlər”dən deyil, “əsl araşdırmalar”dan getdiyini qeyd edir.

Sentyabrın 8-də Rusiyada 16 regionun başçıları və 15 qanunverici orqanın deputatları seçilməlidir. Vahid Rusiya-nın dəstəklədiyi namizədlərin çoxu seçkiyə partiyanın rəsmi dəstəyi olmadan getməyə qərar verib. Məsələn, elə Moskvada hakim partiyadan deputatların hamısı seçkiyə müstəqil namizəd kimi gedir.

Sankt Peterburq qubernatorunun vəzifəsini icra edən Aleksandr Begloq da seçkiyə müstəqil namizəd kimi qatılır.

Ötən bir ildə hakim partiyaya dəstək rekord səviyyəyə düşüb, son vaxtlar bu göstəricidə artım qeydə alınmayıb.

XS
SM
MD
LG