Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:24

Yaponiya balina ovunu bərpa edir


Tokio, arxiv fotosu

Yaponiya 31 ildən sonra ticari məqsədlə balona ovunu bərpa edib. 1988-ci ildən bəri ilk dəfə olaraq ov gəmiləri iyulun 1-də dənizə açılıb. Yaponiya sözügedən müddətdə balinaları tədqiqat məqsədilə ovlayırdı.

Balina ovunun yalnız Yaponiyanın iqtisadi sularında aparılacağı bildirilib.

Yaponiya Beynəlxalq Balinaçılıq Komissiyasından çıxacağına dair altı ay öncə xəbərdarlıq etmişdi, son tarix iyunun 30-da bitib.

Bir çox ətraf mühit qrupları ticari məqsədlə balina ovunun bərpasını pisləyiblər. Digərlərinin fikrincə, bu, hökumətin iflasa gedən bahalı proqramının dəyişən zamana və zövqlərə uyğunlaşmasının bir yoludur.

Nəhəng diqqət, büdcə pulları, hakim partiya deputatlarının siyasi dəstəyinə baxmayaraq, Yaponiyada balina ovu proqramına bir neçə yüz nəfər qoşulub, 2017-ci ildə ümumi ət istehlakının 0,1 faizindən də azını təşkil edib.

Yaponiyanın Balıqçılıq Agentliyinin bildirməsinə görə, bu ilin sonunadək ov kvotası 227 balinadan ibarət olacaq. Son illər Yaponiya Antarktikada tədqiqat məqsədilə 333 balina ovlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG