Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:02

Honq Konqda etirazlar davam edib


Honq Konqda etirazlar, arxiv fotosu

İyulun 1-də Honq Konq hökuməti Britaniya müstəmləkəsindən Çinə qaytarılmasının 22-ci ildönümünü qeyd edib. Ancaq tədbirləri etirazlar pozub. Nümayişçilər Çinin Honq Konqda azadlıqları eybəcər hala saldıqlarını deyiblər.

Bayraq qaldırma mərasimi zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb. Polis yaxınlıqdakı küçəni bağlayan nümayişçilərə qarşı qalxanlardan, gözyaşardıcı qazdan istifadə edib.

Honq Konq liderləri və qonaqlar mərasimi bayırda deyil, şəhərdəki qurultay mərkəzinin içərisindən izləyiblər.

Hökumət izləyiciləri içəriyə köçürməsini səhər yağan yüngül yağışdan sonra hava şəraiti ilə əlaqələndirib.

İyulun 1-də günortadan sonraya etiraz yürüşü planlaşdırılır. Honq Konqda müxalifət hökumətin son hərəkətlərinə etiraz edir, buraya şübhəlilərin Çinə təhvil verilməsini nəzərdə tutan qanunvericilik də daxildir.

Şəhər rəhbəri Carrie Lam iyulun 1-də deyib ki, yüzminlərlə nümayişçinin qatıldığı etirazlar ona Honq Konq vətəndaşlarına daha çox qulaq asmağı öyrədib.

Günün bütün mövzuları

XS
SM
MD
LG