Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:06

İsrail Dəməşq, Homs yaxınlığına raket zərbələri 'endirib'


Suriya ordusunun Homsda havaya buraxdığı raketlər, 1 iyul, 2019-cu il

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, raket zərbələrində rejim tərəfdarı olan əsasən əcnəbi doqquz döyüşçü və üçü uşaq olmaqla altı dinc sakin həlak olub.

Zərbələrin paytaxt yaxınlığındakı İran mövqelərinə endirildiyi, Homsdan qərbdə tədqiqat mərkəzinin və hərbi aeroportun vurulduğu bildirilir. Burada Livanın Hizballah şiə yaraqlı qruplaşması və iranlılar yerləşib.

İsrail indiyədək Suriyadakı İran və Hizballah hədəflərinə yüzlərlə raket zərbəsi endirib.

Bu raket zərbələri İsraillə Rusiya arasında fikir ayrılığı yaradıb. Rusiyayla İran Suriyada Prezident Bashar al-Assad rejimini dəstəkləyir.

Suriyada 2011-ci ilin martından başlamış vətəndaş müharibəsində 370 mindən çox adam ölüb, milyonlarla adam evindən didərgin düşüb.

***

Suriya dövlət mediası iyulun 1-də yazıb ki, İsrail Dəməşq yaxınlığında və Homs vilayətindəki hökumət qüvvələrinin mövqelərinə raket zərbələri endirib.

SANA xəbər agentliyi Suriyadan adını çəkmədiyi hərbi mənbələrə istinadla raketlərin Livanın hava məkanında uçan İsrail hərbi təyyarələrindən buraxıldığını yazıb.

Agentliyin bildirməsinə görə, Dəməşqdən cənub-qərbdə yerləşən Sahnaya şəhərinə raket zərbələrində dörd dinc sakin ölüb, 21-i yaralanıb.

İsrail ordusunun sözçüsü isə Suriya mediasının yazdığını şərh etməyib, deyib ki, “Bu cür məlumatlarla əlaqəmiz yoxdur”.

XS
SM
MD
LG