Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Hər gün dünyada təxminən 1 miqrant uşaq ölür


Bosniya Herseqovinada miqrant uşaqlar
Bosniya Herseqovinada miqrant uşaqlar

Son beş ildə dünyada hər gün demək olar bir miqrant uşaq ya ölüb, ya da itkin düşüb. Bu uşaqlar Aralıq dənizi, yaxud ABŞ-Meksika sərhədi kimi təhlükəli marşrutlarda yoxa çıxırlar. Məlumatı bu gün – iyunun 28-də BMT-nin miqrasiya agentliyi yayıb.

2014-cü ildən bəri təhlükəli səfərlərə çıxan 32 min nəfər həlak olub. Onlardan 1600-ü uşaq, bəziləri hətta 6 aylıq olub. “Ölüm səfərləri” adlı hesabatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.

Yunanıstanda miqrantların polislə toqquşması
Yunanıstanda miqrantların polislə toqquşması

Real rəqəmlər daha böyükdür

Əslində isə real rəqəmlər bundan daha artıqdır, çünki bir çoxlarının meyiti tapılmır, yaxud şəxsiyyətini müəyyənləşdirmək mümkün olmur.

Bu həftə miqrant ölümlərinə diqqət artıb. Meksikadan ABŞ-a keçmək istəyən salvadorlu atayla iki yaşlı qızının tükürpədici fotoları yayılıb.

BMT agentliyi ABŞ-Meksika sərhədi boyunca 2014-cü ildən bəri ölümlərin artdığını, son beş ildə 1900 nəfəri keçdiyini bildirir.

Ən çox miqrant isə Aralıq dənizində həlak olur. Sözügedən dövrdə 17 min 900 nəfər Liviyadan İtaliyaya keçmək istəyərkən həlak olub.

2017-2018-ci illərdə isə qlobal miqyasda ölən və itkin düşən miqrantların sayı 25 faizədək azalıb – 4 min 734 nəfərə düşüb. Təşkilat bunu mərkəzi Aralıq marşrutuyla Avropaya keçmək istəyənlərin sayının azalmasıyla izah edir.

Hesabatda təhlükəli səfərlərə çıxan uşaqların sayının artdığı bildirilir. Təşkilat həmçinin miqrant uşaqlarla bağlı informasiya çatışmazlığından gileylənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG