Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 14:54

Belarusda 6 min nəfər amnistiyaya düşə bilər


Alyaksandr Lukashenka parlamentdə çıxış edir, arxiv fotosu

Belarus parlamentinin aşağı – Nümayəndələr Palatası 6 min məhkumu əhatələyəcək amnistiya layihəsini təsdiqləyib.

İyunun 28-də iki oxunuşda qəbul olunmuş layihə ölkənin 1944-cü ildə Qırmızı Ordu tərəfindən nasist işğalından azad olunmasının 75 illiyi münasibətilə təqdim olunub.

İndi layihəni yuxarı palata – Respublika Şurası təsdiqləməli, daha sonra Prezident Alyaksandr Lukashenka imzalamalıdır.

Daxili işlər naziri Yury Karayeu deputatlara deyib ki, amnistiya yaşı 18-dən az məhkum və şübhəliləri, hamilə qadınları, azyaşlı uşaqları olan tək ataları, əlilləri, sağalmaz xəstəliyi olanları, hərbi əməliyyat veteranlarını, 1986-cı il Çernobıl faciəsindən sonrakı təmizləmə əməliyyatında iştirak edənləri əhatələyəcək.

Korrupsiya və qanunsuz narkotik maddəyə görə məhkum olunanlar amnistiyaya düşməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG