Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 13:02

Yandex kiberhücumu təsdiqləyir


Yandex-in Moskvadakı qərargahı

Rusiyanın dəyərinə görə ən böyük İnternet şirkəti ötən ilin sonunda kiberhücum olunduğunu, ancaq heç bir məlumata ziyan dəymədiyini bildirib.

Bəzən “Rusiyanın Google-u” adlandırılan Yandex iyunun 27-də bildirib ki, hücum ilkin mərhələdə “neytrallaşdırılıb”, hər hansı ziyanın qarşısı alınıb.

Böyük internet şirkətləri tez-tez kiberhücumlara məruz qalırlar. Ancaq “Reuters” konkret bu hücumun Qərbin kəşfiyyat agentlikləri üçün işləyənlər tərəfindən həyata keçirildiyini yazmışdı.

Agentliyin yazmasına görə, hakerlər Qərbin kəşfiyyat agentliklərinin istifadəçilərə qarşı casusluq üçün istifadə etdiyi nadir virus tipi yerləşdiriblər. Agentlik adını açıqlamadığı mənbələrə istinad edirdi, ABŞ-ın təhlükəsizlik agentlikləri isə məsələni şərh etməyib.

Moskvada mənzillənən Yandex-in səhmləri Nyu Yorkdakı NASDAQ birjasında alınıb-satılır.

Bu ay Rusiyaya qarşı Qərb tərəfindən kiberhücumlarla bağlı artıq ikinci dəfədir məlumat yayılır. “The New York Times” iyunun 15-də yazırdı ki, Birləşmiş Ştatlar Rusiyanın elektrik enerjisi şəbəkəsinə rəqəmsal müdaxiləyə hazırlaşır.

XS
SM
MD
LG