Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Yaponiyada G20 sammiti başlanır


Donald Trump Osaka aeroportunda
Donald Trump Osaka aeroportunda

ABŞ Prezidenti Donald Trump Böyük İyirmiliyin (G20) Osaka sammitində iştirak etmək üçün Yaponiyaya gedib. Sammit çərçivəsində onun azı səkkiz ikitərəfli görüş keçirəcəyi gözlənir.

İlk təkbətək görüş iyunun 27-də Avstraliyanın Baş naziri Scott Morrison ilə olacaq.

Trump-ın Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Xi Jinping, Türkiyə Prezidenti Recep Tayyip Erdogan və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman ilə görüşləri planlaşdırılır.

O, Almaniya Kansleri Angela Merkel və Yaponiyanın Baş naziri Shinzo Abe ilə də görüşməlidir.

“Sizə dəxli yoxdur”

Trump Ağ evdən çıxarkən jurnalistlərə deyib ki, Putin-lə “çox yaxşı söhbət” olacağına inanır, ancaq onu da əlavə edib ki, “ona nə deyəcəyimin sizə dəxli yoxdur”.

Putin-lə Trump-ın İrandan başqa, Suriya və Venesuela, həmçinin nüvə silahları məsələlərini müzakirə edəcəyi gözlənir.

ABŞ Prezidenti noyabrda G-20-nin Argentina sammitində Putin-lə planlaşdırılan görüşü ertələmişdi. Bundan öncə Rusiya Azov dənizində Ukraynanın iki gəmisini və dənizçilərini saxlamışdı.

Xi ilə görüşdə məqsəd isə ABŞ və Çin arasında ilin əvvəlində iflas etmiş ticarət danışıqlarını canlandırmaqdır, Birləşmiş Ştatlar rəsmisi belə deyib.

Trump Səudiyyənin vəliəhd şahzadəsi Mohammed ilə də bir araya gələcək. ABŞ kəşfiyyat xidmətlərinin qənaətinə görə, “Washington Post” qəzetinin yazarı, ABŞ rezidenti Jamal Khashoggi-nin qətlini o sifariş edib.

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların İranı önləməyi hədəfləyən Yaxın Şərq strategiyasının mərkəzində durur və Trump ər-Riyadla yaxın münasibətləri saxlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG