Keçid linkləri

Təcili xəbərlər
2019, 21 İyul, bazar, Bakı vaxtı 00:05

Parisdə İranı müzakirə edirlər


Brian Hook, arxiv fotosu

Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook Parisdə Fransa, Almaniya və Britaniyanın aparıcı diplomatları ilə İranı müzakirə edir.

Bu arada Avropa ölkələri Tehranla 2015-ci il nüvə sazişini xilas etməyə çalışırlar.

Avropa ölkələri Birləşmiş Ştatlarla İran arasında gərginliyin daha da qızışmasını önləməyə, Tehranı sazişdən çıxmamağa inandırmağa cəhd göstərirlər.

ABŞ Prezidenti Donald Trump ötən il sazişdən çıxıb, Tehrana sanksiyaları bərpa edib.

İranın BMT-dəki səfiri iyunun 26-da Britaniya, Fransa və Almaniyanı “hazırda kritik durumda olan” razılaşmanı qorumaqdan ötrü “vaxtında” praktik addımlar atmağa çağırıb.

Tehran bildirib ki, iyunun 27-dən az zənginləşdirilmiş uran ehtiyatına sazişin qoyduğu limiti keçəcək.

Diplomatların iyunun 27-də “Reuters”ə deməsinə görə, İranın hələ də sazişlə icazə verilən miqdarda az zənginləşdirilmiş uranı yoxdur.

2015-ci ildə imzalanmış nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG