Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 06:39

Qazaxıstanda partlayış ərazisindən köçürülməyi tələb edirlər


Şimkentdə etiraz

Qazaxıstanın cənubundakı Türküstan regionunun Arıs şəhərində yüzlərlə adam başqa yerə köçürülməyi tələb edirlər. Arısdakı silah anbarında bu həftə bir neçə partlayış baş verib.

İyunun 24-də hərbi anbarda saxlanan tonlarla sursatın partlaması üç nəfərin həyatına son qoyub. Buradan qaçmış sakinlər iyunun 27-də Şimkentdə böyük bir küçəni bağlayıblar. Onlar geri qayıtmağa qorxduqlarını deyiblər.

2009-cu ildən Arısda hərbi avadanlıq və sursat depolarında bir neçə partlayışlar baş verib, ölənlər olub.

Etirazçılar region qubernatoru Omirzaq Shokeev-lə görüş tələb ediblər. Şimkent meri Ghabidolla Abdirakhymov etirazçıları dilə tutaraq Aqmeşit məscidinə aparıb, orada onlara deyib ki, şəhərləri sursatdan tamamilə təmizlənəcək, yaşamağa təhlükəsiz olacaq.

Ancaq etirazçıların deməsinə görə, güclü yanğın və partlayış nəticəsində onların evi dağılıb, hökumət onları köçürməyin yollarını tapmalıdır.

24 iyun partlayışlarından sonra yerli hökumət şəhərdən 45 min nəfərin köçürüldüyünü bildirib. Bundan öncə isə 35 min nəfər artıq şəhəri tərk etmişdi.

Qazaxıstan hökuməti Arıs təmizlənəndən sonra sakinlərə evlərinə qayıtmağa icazə veriləcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG